Türkiyənin “Adana Dəmirspor” klubundan ayrıldıqdan sonra bu ilin iyul ayından azad agent statusu daşıyan italiyalı hücumçu Mario Balotelli yeni iş yeri axtarışındadır.
7Times.az xəbər verir ki, “İnter”, “Mançester Siti”, “Milan”, “Liverpul” kimi nəhəng klubların şərəfini qorumuş 34 yaşlı forvard tezliklə yeni klubunun adını açıqlayacağını bildirib.
O, bu barədə yerli KİV-ə belə deyib. Tez-tez futboldankənar davranışları ilə də gündəmə gələn Balotelli jurnalistlərdən də gileylənib:
“Mediada haqqımda çoxlu uydurma yazırlar. Müşahidə edirəm ki, son vaxtlar haqqımda söz-söhbətlər əvvəlkindən də çox uydurulur. Qəzetlər, jurnallar, qeybətçilər boşboğazlıq etməyə davam edirlər. Bəzən onların heç bir işi olmayanda mən yada düşürəm. Narahat olmayın, çox yaxında mətbuatla danışacam və hər şeyi açıb-tökəcəyəm.
İndi isə mənim üçün əsas olan məşq etmək və sakit qalmaqdır. Mən bir neçə təklif almışam və mənim üçün ən uyğun olanını axtarıram”
Balotelli ötən mövsüm 16 matçda 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fanat.Az
Follow @7timesaz