Ötən ay Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları 351 kiloqramdan çox narkotiki dövriyyədən çıxarıb.
7Times.az xəbər verir ki, bu barədə DSX-nin oktyabr ayı üzrə yaydığı icmalında bildirilib.
Məlumata görə, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 351 kiloqram 553 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 15 665 ədəd həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Follow @7timesaz