Avqustun 23-25-də keçiriləcək Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı ərəfəsində Bakıda ustad dərslərinə start verilib.
7Times.az Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən xəbər verir ki, dərslər iki günlük nəzərdə tutulub.
Məlumata görə, dünən “Sea Breeze” yaşayış kompleksində baş tutan tədbir bu gün də saat 13:00-dan 19:00-dək davam edəcəkdir.
Açıq havada keçirilən dərslər həvəskarlara möhtəşəm idman atmosferinə qərq olmaq fürsəti qazandırıb!
Peşəkar idmançılar Əhməd Hüseynov və Fatimə Hüseynli kamandan oxatma idman növünə həvəs göstərən hər kəsə bu sənətin sirlərini ustalıqla aşılayıblar.
Qeyd edək ki, tədbirdə fərqlənən həvəskar oxatanlar müxtəlif hədiyyələrlə mükafatlandırılaraq əsl çempionat əhval-ruhiyyəsi yaşayıblar.
Xatırladaq ki, 23-25 avqust tarixlərində Bakıda peşəkar oxatanların iştirakı ilə Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı baş tutacaq.