“Çox xoşbəxtik. Bizi dəstəkləyən “Qalatasaray” fanatlarına təşəkkür edirik. Derbilərdki qələbələr çox vacibdir. “Fənərbağça” ilə səfər oyununda qazanılan qələbə bizim üçün çox önəmlidir”.
7Times.az xəbər verir ki, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Okan Buruk deyib.
O, ötən gün Türkiyə Super Liqasının 6-cı turunda “Fənərbağça”ya səfərdə 3:1 hesabı ilə qalib gəldikləri matç haqqında danışıb.
Mütəxəssis rahat qələbə qazandıqlarını qeyd edib: “Startdan sonadək oyun bizim üçün çox rahat oldu. Top bizdə olanda irəliyə gedərək qol şansları yaradırdıq. Viktor Osimhen də şanslar yaradırdı. Oyunun sonda “Fənərbağça”nın da qol imkanları oldu. Oyun stilimdən kənara çıxdım. Oyunu belə başa vurduq. Bir həftədə 3 oyun, 3 qələbə… “Fənərbağça” səfərindən qələbə ilə ayrılmaq çox gözəldir. Ötənilki görüşdə heç kim xoşbəxt olmamışdı.
Hakim də oyunu yaxşı idarə etdi. Buradan çox yaxşı şəkildə ayrılacağıq. “Qalatasaray” həmişə qələbə qazanmaq üçün meydana çıxır. Bir mənfi nəticə olanda ilk növbədə baş məşqçi sorğu-sual olunur. Özümə və komandama güvənirəm. Bəzən zamana ehtiyacımız olur. “Rizespor”la matçda nələr edə biləcəyimizi göstərdik. Turnir cədvəlində xal fərqi yaratmaq üçün hələ çox tezdir. Sona qədər mübarizə aparmaq istəyirik. İndi avrokuboklardakı matçımıza hazırlaşacağıq. Futbolçulara istirahət verəcəyik”.
Fanat.Az
Follow @7timesaz