Cəmiyyət

“Özümü asacağam!..” – İntihar edənlər niyə həyatdan ən çox bu üsulla köçür?

“Özümü asacağam!..” – İntihar edənlər niyə həyatdan ən çox bu üsulla köçür?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda demək olar ki, hər gün müxtəlif yaş kateqoriyalarında olan insanların intihar etməsi xəbəri çıxır. Canına qıyanların əksəriyyəti özünü asır. Lakin əvvələr dərman, sirkə turşusu içirək, özünü dənizə ataraq intihar etmə halları çox idi. İntihar edənlər niyə çıxış yolunu özlərini asmaqda görürlər? Bu yolu seçmələrinə səbəb nədir?

7times.az-ın məlumatına görə, psixoloq Elnur Rüstəmov Yenisabah.az-a açıqlamasında deyib ki, intiharın kökündə yatan motiv dərin ümidsizlikdir:

“İnsan öz sabahını görmür. Bu ümidsizliyin özü intihar haqqında düşüncələrə gətirib çıxarır. İntihar kəskin stress fonunda baş verir. Qısa bir zamanda hansısa hadisə olur və adam həyatını intiharla sonlandırmaq istəyir.

Əvvəllər klassik yanaşma vardı ki, intihar edənlər xəstəlikdən, zərərli vərdişlərdən əziyyət çəkənlər, tənha, psixoloji problemi olan insanlardır. Bu gün isə intihar edənlərin arasında bu kliteriyalara daxil olmayan insanlar da var. Tənha deyil, uzun müddətli xəstəliyi yoxdur, sonuncu dəfə nə zaman həkimə müraciət edib, o da bəlli deyil”.

Psixoloqun sözlərinə görə, stressi yaradan ən böyük faktor informasiya cəmiyyətində yaşamağımızdır:

“Əvvələr intihar hadisəsini bədbəxt hadisə kimi qələmə verilirdi. Bu gün isə bəzən bədbəxt hadisəni də intihar kimi qələmə verirlər. Çünki intihar prosesi adiləşib.

Bu kimi xəbərlər tirajlandıqca intiharlar artır. İnsanda intihar düşüncəsini diri saxlayır. Ona görə bu tip xəbərləri verərkən, diqqətli olmalıyıq. Düşünürəm ki, bu, cəmiyyətə çox böyük fayda verər. Araşdırmada görürük ki, intihar xəbəri manşetə çıxırsa, ilk iki həftədə intihar sayı artır. Bu, psixoloji məqamlardır. Bir hadisə nə qədər çox işıqlandırılırsa, o istiqamətdə də hadisələr artır”.

E.Rüstəmov qeyd edib ki, asmaqla bağlı xəbələr daha çox tirajlandığına görə, intihar edən şəxsin ağlına ilk olaraq bu növ özünəqəsd gəlir:

“Hətta hüquq psixologiyasında qeyd olunub ki, özünü asan insanların böyük qisminin boynunda qançır izləri olur. Onlar son anda xilas olmaq istəyirlər. Amma artıq gec olur”.