Ölkə

Palıdlı kəndində səyyar qəbul keçirilib – FOTOLAR

Palıdlı kəndində səyyar qəbul keçirilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Palıdlı kəndində səyyar qəbul keçirib.
Qəbulda Dədəli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Palıdlı, Bostançı, Nağıoba, Hacıəbdürəhimoba, Sibiroba, Kiçik Baraxum və Dədəli kəndlərinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yaşayış məntəqələrinin qazlaşdırılması, yolların təmiri, suvarma kanallarının təmizlənməsi və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.