Sevinirəm ki, gənc yaşımda Olimpiya çempionu oldum. Tokioda Azərbaycanın himni səslənəcək.
7Times.az xəbər verir ki, bunu Tokio-2020 Yay Paralimpiya Oyunlarında 48 kiloqram çəki dərəcəsində qızıl medal qazanan paracüdoçumuz Şahanə Hacıyeva deyib.
İdmançımız bu qələbəsini müəlliminə, valieyndlərinə və şəhidlərimizə həsr etdiyini vurğulayıb. Ş.Hacıyeva komanda yoldaşlarından növbəti qalibiyyətləri gözlədiyini bildirib.
Qeyd edək ki, bu gün Ş.Hacıyeva ilə yanaşı azərbaycanlı paracüdoçu Vüqar Şirinli və üzgüçü Raman Saleh də qızıl medal qazanıblar.
Follow @7timesaz