“Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında üzgüçülük idman növü üzrə Avropa çempionatının qızıl medalına sahib olub.
7times.az xəbər verir ki, o, 100 metr məsafəyə brass üsulunda üzgüçülük yarışlarında 1 dəqiqə 4 saniyə nəticə ilə bütün rəqiblərini geridə qoyub.
Qeyd edək ki, Vəli İsrafilov Uşaq Paralimpiya hərəkatının üzvü olub və peşəkar karyerasını orada başlayıb.
Follow @7timesaz