Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiaları olan müstəqillik bəyannaməsinə istinadı dəyişməyə hazırlaşır. Bunun əlaqədar Paşinyan ölkə Konstitusiyasının dəyişdirilməsinə dair referendum təklifi ilə çıxış edəcək. Əvəzində konstitusiyada onun müəllifi olduğu “Real Ermənistan” layihəsindən istifadə olunacaq.
7Times.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti hakim “Mülki müqavilə” partiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, Paşinyan bu təşəbbüsə geniş siyasi dəstək olmasa belə, onu həyata keçirməkdə qərarlıdır.
Qeyd edək ki, Paşinyan 2024-cü ilin sentyabrında Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməsinin mümkünlüyünü bəyan etmişdi. Bu il fevralın 19-da isə Baş nazir vətəndaşlara müraciətində Ermənistanın yeni Konstitusiyasının qəbulu üçün ümumxalq referendumunun keçirilməsinin zəruriliyini bəyan edib.
O, çıxışı zamanı Ermənistan hakimiyyətinin əvvəllər irəli sürdüyü “Real Ermənistan” ideologiyası layihəsini təqdim edib. Bununla yanaşı, Ermənistanın hökumət rəsmiləri də 2026-cı il parlament seçkilərinə qədər Konstitusiyanın yeni mətnini hazırlamaq planlarını açıqlayıblar.
“AzPolitika.info”
Follow @7timesaz