Siyasət

Paşinyan Overçukla görüşdü

Paşinyan Overçukla görüşdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

7times.az xəbər verir ki, tərəflər arasında regionda kommunikasiyaların bərpası müzakirə olunub.

Görüşdə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan və Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko da iştirak ediblər.

Tərəflər ikitərəfli əməkdaşlığın gündəliyini, həmçinin Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiyanın fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər.