Kriminal

Penitensiar xidmət polislə birgə növbəti uğurlu əməliyyat keçirib – FOTO

Penitensiar xidmət polislə birgə növbəti uğurlu əməliyyat keçirib – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

7times.az xəbər verir ki, Penitensiar xidmətin, Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Cavadov Üzeyir Həsənağa oğlu tərəfindən həbs edilməmişdən əvvəl Cəlilabad şəhərində yaşadığı fərdi yaşayış evinin həyətində odunların arasında gizlətdiyi sellofan bükülülərdə ümumi çəkisi 1 kiloqram 537 qram olan narkotik maddə – heroin və ümumi çəkisi 14,8 qram olan narkotik maddə – tiryək aşkar edilmişdir.

Faktla bağlı araşdırma aparılır.

Penitensiar xidmət polislə birgə növbəti uğurlu əməliyyat keçirib -FOTO