Böyük Britaniya taxt-tacına 69 il hökmranlıq etmiş kraliça II Elizabet ötən gün 96 yaşında Şotlandiyadakı Balmoral qəsrində vəfat edib.
Yenisabah.az Vindzorlar sülaləsinin ikinci nümayəndəsi, səltənətin ən uzunmüddətli sahibi, 1952-ci ildə atası VI Corcun vəfatından sonra 1953-cü ildə rəsmi şəkildə kraliça elan edilən Elizabet haqqında bir sıra maraqlı faktları təqdim edir:
– Kraliça əvvəldən vəliəhd olmayıb. Atası VI Corc ona hər zaman “Lilibet” deyə xitab edib.
– 21 aprel 1926-cı ildə anadan olan kraliça həmişə 2 dəfə – aprel, habelə may ilə iyun ayları arasında ad günlərini keçirərdi. Çünki yazın əvvəllərində ölkədə hava dumanlı və soyuq olurdu, o isə bunu bəyənmirdi.
– Gənc hərbçi olan əri şahzadə Filiplə uzaq qohum olan Elizabet onun evlənmə təklifinə ailəsinin icazəsi “hə” deyib. Atası VI Corcun razılığını alandan sonra isə o, 1947-ci ildə 21 yaşında ərə gedib. Kraliçanın 1 qızı və 3 oğlu var: şahzadə Ann, şahzadə III Çarlz, şahzadə Endryu və şahzadə Edvard.
– 1953-cü ildə, 27 yaşında taxta oturan kraliçanın tacqoyma mərasimini 20 milyon insan canlı izləyib.
– Atlar haqqında geniş biliyi ilə yanaşı, at minmək və at yarışlarına baxmaq Elizabetin ən böyük şakəri olub. Ən sevdiyi romanlar da atlar haqqında romanlar idi. Ona Qarabağ atı da bağışlanıb.
– Kraliçanın bu günə qədər 30 itin sahibi idi. Hətta o, “corgis” və “dachschund” cinsindən olan itləri cütləşdirərək yeni bir it cinsi yaradıb.
– II Elizabet dünyanın hər yerindən çox maraqlı hədiyyələr alıb. O cümlədən Braziliyadan gətirilən yaquarlar, Kamerundan fil və 2 nəhəng tısbağa.
– kraliça heç bir zaman pasportdan istifadə etməyib. Sürücülük vəsiqəsi olmadan belə avtomobil idarə etmək hüququna malik olub. İkinci Dünya müharibəsi zamanı orduda yük maşını sürücüsü olub.
– 1979-1990-cı illərdə Böyük Britaniyanın ilk qadın Baş naziri Marqaret Tetçerlə də münaqişə yaşayıb. Deyilənə görə, onların arasında ədavətin səbəbi bir tədbirdə eyni libas geyinmələri olub.
– 1982-ci ildə Maykl Faqan adlı bir şəxs gizlincə kraliçanın yataq otağına daxil olmuşdu. Onun məqsədi, öz təbirincə, sadəcə hökmdarla söhbət etmək imiş. Bu hadisə Böyük Britaniyada böyük rezonans doğurub.
– Kraliça Elizabet 2012-ci il London Olimpiadasının reklam çarxında, habelə bir neçə “James Bond” filmlərində də rol alıb.
– 2018-ci ildə hakimiyyətinin 65-ci ildönümündə o, BBC-yə ilk və yeganə müsahibəsini verib.
– 1986-cı ildən bəri eyni dırnaq boyasını işlədən kraliça öz minimalist zövqündən əsla vaz keçməyib.
– O, “Concord” təyyarəsinin eniş edərkən çıxardığı səsi də yamsılaya bilirmiş.
– Əri Filip onu fransızca “mon petit chou” deyə səsləyib. Bu söz tərcümədə “kələm” deməkdir.
– Kraliça ilə görüşən ilk azərbaycanlı Xalq şairi Səməd Vurğun olub. İngiltərə millisinin 1966-cı ildə dünya çempionu olmasına rəvac verən Tofiq Bəhramov isə kraliça tərəfindən qızıl fitlə mükafatlandırılıb.
– Bir neçə il əvvəl Mərakeşin “Əl-Əsbəu” qəzetində Əbdül Həmid Əl-Əuni adlı bir tarixçinin yazdığı məqalədə və tərtib olunmuş şəcərənamədə kraliçanın 43 nəsildə İslam Peyğəmbərinə qohumluğunun çatdığını iddia edib. Misirin keçmiş baş müftisi Əli Cümə də bu xəbəri müsbət qarşılayıb. Lakin bir çox nüfuzlu din xadimləri bu iddianı qətiyyətlə təkzib ediblər.
– Vəfatından sonra Britaniyada “London körpü əməliyyatı”na start verilib. Yeni hökmdarın III Çarlz olmasından sonra Böyük Britaniyanın himnində olan “God save our queen” (“Tanrı, kraliçamızı qoru”) ifadəsi “God save our king” (“Tanrı, kralımızı qoru”) olaraq dəyişdiriləcək. Habelə ingilis funt sterlinqinin üzərindəki əkslər dəyişdiriləcək.
Follow @7timesaz