Siyasət

Podolyak Rusiyanın Konstantinovkaya hücumunun araşdırılmasını ŞƏRH ETDİ

Podolyak Rusiyanın Konstantinovkaya hücumunun araşdırılmasını ŞƏRH ETDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bunlar konspirasiya nəzəriyyələrinin artmasına səbəb olur”.

 

7Times.az “Meduza”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Konstantinovkanın atəşə tutulması ilə bağlı araşdırma haqqında deyib.

Belə ki, o, “The New York Times”ın araşdırmasından sonra Konstantinovkaya raket zərbəsi ilə bağlı yeni şərh verib. Podolyak Ukrayna hüquq-mühafizə orqanlarının hər bir hücumu təfərrüatı ilə araşdırdığını və Rusiyanın Konstantinovkaya hücumda iştirakına şübhə ilə yanaşan nəşrlərin konspirasiya nəzəriyyələrinin artmasına səbəb olduğunu bildirib.

 

Podolyak vurğulayıb ki, istənilən halda Ukraynaya “müharibə gətirmək” məsuliyyəti Rusiyanın üzərinə düşür.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Modern.az