Maqazin

“Polat Alemdar” ilk dəfə oğulları ilə FOTOlar paylaşdı

“Polat Alemdar” ilk dəfə oğulları ilə FOTOlar paylaşdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstər obrazlarla, istərsə də replikalarla dillərə dastan olan və məşhur ekran işlərinin başında gələn “Kurtlar Vadisi” serialında baş rol ifaçılarından biri də Necati Şaşmazdır. O, bu serialdakı obrazı ilə “Çakır” kimi tarixə düşüb desək, yanılmarıq.

7Times.az  sfera.az-a istinadən xəbər verir ki, adı “Sarallar” cinayətkar qruplaşması ilə hallanan N. Şaşmaz kameralardan uzaq böyütdüyü uşaqları ilə ilk dəfə foto paylaşıb.

Şəxsi həyatı ilə gündəmə gəlmək istəməyən aktyorun oğulları ilə sosial şəbəkə hesabında paylaşdığı fotolara xeyli bəyənmə və şərh gəlib.

O, paylaşımına “Bu gün Ali Nadirin doğum gününü keçiririk. Yaxşı ki, doğuldun” – qeydini yazıb.

Xatırladaq ki, Necati Şaşmaz 2012-ci ildə Nagehan Kaşıkçı ilə evlənib və bu evlilikdən Ali Nadir və Yusuf Emir adlı oğulları dünyaya gəlib. Cütlük 2019-cu ildə boşanıb.