İdman

Portuqaliya – Azərbaycan matçı “Yuventus”un stadionunda keçiriləcək

Portuqaliya – Azərbaycan matçı “Yuventus”un stadionunda keçiriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya – Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, “Yuventus” klubuna məxsus stadionda təşkil olunacaq.

7times.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və “Yuventus” klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib.

Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.

UEFA AFFA-ya, Portuqaliya Futbol Federasiyasına və İtaliya Futbol Federasiyasına əməkdaşlığa görə təşəkkür edir.