İdman

Portuqaliya-Azərbaycan oyununda Ronaldonu necə durdurmaq olar?

Portuqaliya-Azərbaycan oyununda Ronaldonu necə durdurmaq olar?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunu üçün bu gün İtaliyaya yola düşüb.

7times.az xəbər verir ki, baş məşqçi Canni De Byazi səfər əsnasında futbolçularla görüş keçirib və onlara rəqib barədə fikirlərini söyləyib.

Italyan Kriştianu Ronaldonun personası üzərində xüsusi dayanıb və müdafiəçilərə ondan qorxmamağı məsləhət görüb. 65 yaşlı çalışdırıcı ulduz hücumçunun son vaxtlar odeal formadan üzaq düşdüyünü,

“Yuventus”da qeyri-sabit çıxış etdiyini bildirib. De Byazi Ronaldoya yaxın oynamağı, zərbə vurmaq vurmaq imkanı verməməyi tapşırıb:

“Dediklərimi etsəz, Ronaldo meydanda heç nə ilə yadda qalmayacaq və əsəbləşək. O, əsəbləşəndə oyunu da alınmır”.

Azərbaycan martın 24-də İtaliyadakı “Yuventus” stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək. Yenisabah.az