İdman

Portuqaliya millisinin yeni baş məşqçisi: “Ronaldu hörmətə layiqdir”

Portuqaliya millisinin yeni baş məşqçisi: “Ronaldu hörmətə layiqdir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Roberto Martines Portuqaliya millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.

Fanat.Az-ın məlumatına görə, “A Bola”ya danışan 49 yaşlı ispaniyalı mütəxəssis “Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldu ilə bağlı açıqlama verib.

“Tezliklə Portuqaliya dilini öyrənməyə çalışacağam. Dünyanın ən istedadlı yığmalarından birində olduğum üçün xoşbəxtəm. İlk dəfə təklif alanda, düşündüm ki, məni ruhlandıracaq, tam istədiyim kimi layihədir.

Kriştianu Ronalduya etimad göstərəcəm. Futbolla bağlı qərarlar yerində verilir, ofisdə deyil. Futbolçularla görüşmək, onların hər biri ilə söhbət etmək istəyirəm. Komanda DÇ-2022-yə dəvət alan 26 futbolçu üzərində qurulacaq və Ronaldu da onlardan biridir. O, artıq 19 ildir millidədir və hörmətə layiqdir.

Biz onlarla müzakir edəcəyik və ilk matça 10 həftə qalmış ən yaxşı komandanı qurmağa çallşacağıq. Tezliklə işə başlayacağıq. Hər bir futbolçuya hörmət edirəm. Ümid edirəm ki, onlar da mənim tərəfimdə olacaqlar”.

Qeyd edək ki, Roberto Martines 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından sonra Belçika yığmasının baş məşqçisi postundan ayrılıb.