Siyasət

Prezident daha bir qanuna dəyişiklik etdi

Prezident daha bir qanuna dəyişiklik etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilib. 

7times.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Dəyişikliyə əsasən, folklor nümunələrinin qorunması məqsədi ilə məhkəməyə müraciət edilərkən, mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə gəlirin tutulması əvəzinə yüz on manatdan əlli beş min manatadək məbləğdə kompensasiya ödənilə bilər.

Bu dəyişikliyə qədər isə iddiaçının tələbi ilə gəlirin tutulması əvəzinə şərti maliyyə vahidinin yüz mislindən əlli min mislinədək məbləğdə kompensasiya ödənilirdi.