Ölkə

Prezident İlham Əliyev əsil Ata və Oğul münasibətləri necə olmalıdır nümunə kimi bütün dünyaya göstərdi

Prezident İlham Əliyev əsil Ata və Oğul münasibətləri necə olmalıdır nümunə kimi bütün dünyaya göstərdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Azərbaycanlılarının V Qurultayı Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirildi. Böyük tarixi əhəmiyyətə malik olan bu Qurultayın Şuşada keçirilməsi dostlara sevinc, düşmənlərə göz dağı oldu.

Dünya Azərbaycanlılarının ilk Qurultayında, 2001-ci ildə Ulu Öndər Heydər Əliyev çıxışı zamanı demişdi: Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaq.

Dünya Azərbaycanlılarının V Qurultayında, 21 il sonra, 2022-ci ildə Prezident İlham Əliyev isə bu sözləri dedi: Biz öz torpaqlarımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.

Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad edib Ata vəsiyyətini məharətlə yerinə yetirməklə, bütün dünyaya həm də müqəddəs ailə dəyərlərimizi nümayiş etdi. Prezident İlham Əliyev əsil Ata və Oğul münasibətləri necə olmalıdır nümunə kimi bütün dünyaya göstərdi. Ulu Öndər Heydər Əliyev ailəsi müqəddəs ailə dəyərlərimizin qorunub saxlanılması üçün, hər zaman Azərbaycan millətinə nümunəvi ismarıclar vermişdir. Hələ Qarabağ torpaqları işğaldan azad edilməyən dönəmlərdə Cənab Prezident, Prezident seçildiyi 2003-cu ildən müharibə başlayan tarixə qədər bütün çıxışları zamanı, Qarabağ məsələsini xüsusi gündəm də saxlayar, Ata vəsiyyətini tez-tez dilə gətirərdi və Ümummilli Lider Heydər Əliyevin Qarabağ haqqında söylədiyi bütün fikirlərinə Prezident İlham Əliyev sadiqliyini daim nümayiş edərdi. Ata vəsiyyətini məharətlə yerinə yetirmək (Qarabağ torpaqlarını işğaldan azad etmək) Prezident kimi onun üçün başlıca vəzifə olmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi altında müharibəyə qədər, Qarabağ torpaqları işğal altında olan müddətlərdə Azərbaycan xalqı hər zaman ləyaqətli düşmən münasibətində olmuşdur Ermənistan tərəfiylə. Müharibə başlayandan sonra, 44 gün davam edən savaşda da ləyaqətlə savaşıb və qalib gəlmişik, hal-hazırda postmünaqişə dövründə də düşmənlə ləyaqətli düşmən münasibətindəyik. Təkcə Azərbaycan xalqı üçün deyil, bütün dünya da var olan Azərbaycan milləti üçün ləyaqət qələbədən vacibdir. Biz təkcə müharibəni qazanmadıq, biz həm də dünyada ləyaqətli millət olaraq ad qazandıq. Ermənistanın başında oturanlar isə həm özlərini, həm də öz xalqını rəzil duruma saldılar müharibə şərtlərini kobud şəkildə pozaraq, ləyaqətdən kənar əməlləriylə. Qətiyyətli Lider, Böyük Strateq İlham Əliyevin çoxşaxəli siyasəti hesabına Güclü İqtisadiyyatımız və Güclü Ordumuz mövcüd olduğu üçün, Azərbaycan xalqı, milləti inanırdı, əmin idi Qarabağ torpaqları bir gün işğaldan azad olunacaq. Sadəcə həmin günü, dəqiq vaxtı Qalib Sərkərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevdən başqa kimsə bilmirdi. Doğru zamanda, verilən doğru qərarla ən qısa zamanda, minimum itki ilə Qarabağ torpaqları tamamiylə düşmən tapdağı altından azad edildi. Son illərdə baş verən hadisələr, düşmənlə olan danışıqlar, düşmənin yola gəlməməsi açıq-aşkar göstərirdi ki, düşmən harınlaşıb, azğınlaşıb, cəzalanmadıqca qudurur, bütün bu görünən və bir çox görünməyən hadisələr müharibəni istisna etmirdi, müharibənin qaçınılmaz olduğuna əvvəlcədən işarə idi.

Mircalal Mehdiyev

Lənkəran rayon Moğonojoba kənd sakini.