“Barselona”nın sabiq kapitanı Lionel Messi ilə “Pari Sen-Jermen” (PSJ) arasındakı müqavilənin şərtləri məlum olub.
Bu barədə sports.ru xəbər verib.
Bildirilir ki, 34 yaşlı argentinalı hücumçu Paris klubu ilə 2023-cü ilin yayına qədər bir mövsüm uzadılması şərti ilə müqavilə imzalayacaq.
Mənbənin sözlərinə görə, Messinin PSJ-dəki maaşı bonuslar daxil olmaqla ildə 50 milyon avro olacaq.
Qeyd edək ki, bundan əvvəl PSJ Messi ilə danışıqları bitirdiyini elan etmişdi.///oxu.az
Follow @7timesaz