İdman

PSJ “Monpelye”ni darmadağın edərək Fransa çempionatında birinci yerə yüksəldi

PSJ “Monpelye”ni darmadağın edərək Fransa çempionatında birinci yerə yüksəldibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci Liqanın 21-ci turunun növbəti matçında “Pari Sen-Jermen” (PSJ) “Monpelye”dən üstün olub.

7times.az  xəbər verir ki, görüş Fransanın paytaxtındakı “Park de Prens” stadionunda azarkeşsiz keçib və meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə qurtarıb.

Qaliblərin heyətində Neymar, Mauro İkardi və Kilian Mbappe (dublla) fərqlənib.

Bu qələbədən sonra Maurisio Poçettinonun yetirmələri 45 xal yığıb və Fransa çempionatının yarış cədvəlində birinci yerə yüksəliblər. Aktivində 28 xalı olan “Monpelye” turnir cədvəlində 11-ci yerdə qərarlaşıb.