Dünya

Putin 8 generalı vəzifəsindən azad etdi – SİYAHI

Putin 8 generalı vəzifəsindən azad etdi – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya lideri Vladimir Putinin əmri ilə müxtəlif idarələrdən, o cümlədən Fövqəladə Hallar Nazirliyi, İstintaq Komitəsi və Federal Penitensiar Xidmətdən 8 yüksək rütbəli general işdən çıxarılıb.

7Times.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, işdən çıxarılanlar arasında – Stavropol diyarı üzrə istintaq idarəsinə rəhbərlik etmiş ədliyyə general-mayoru İqor İvanov, Fövqəladə Hallar Nazirliyinin əməliyyat idarəsinin direktor müavini vəzifəsində çalışmış general-mayor Aleksandr Molçanov, Moskva vilayətinin Fövqəladə Hallar Nazirliyinin şöbəsinə rəhbərlik edən Daxili Xidmətin general-leytenantı Sergey Poletıkin da var.

Bundan əlavə, Buryatiya üzrə istintaq idarəsinə rəhbərlik edən Vyaçeslav Suxorukov və Rostov vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin rəhbəri Sergey Filippov da vəzifələrindən azad ediliblər.