Aktual

“Putin bu iki tarixdə Ukraynada uğur qazanmağa çalışır…– Amma narahat olmağa dəyməz…”

“Putin bu iki tarixdə Ukraynada uğur qazanmağa çalışır…- Amma narahat olmağa dəyməz…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna  Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya prezidenti Putinin Ukraynadakı müharibədə uğur qazanmaq istədiyi tarixləri açıqlayıb.
Moderator.az  “UNİAN”-a istinadla xəbər verir ki, bu barədə o, Rusiya siyasətçi-jurnalisti Mark Feyqinə onun “You Tube” kanalındakı müsahibəsində danışıb.
“Onların iki tarixi var. Birincisi, bu bazar günü – aprelin 24-dəki Pasxa bayramıdır… İkincisi isə may bayramlarıdır”, – deyə Arestoviç bildirib.
Onun fikrincə, Rusiyaya nəticə lazımdır: “Yəni, hansısa birinci…”
“Onlarda alınmayacaq – uğur qazana bilməyəcəklər. Mən bunu dərhal deyə bilərəm. Ona görə də narahat olmağa dəyməz. Amma çalışırlar. Bu müharibənin sonuncu böyük hücumudur. Bundan sonra üçün operativ ehtiyatları yoxdur”, – Arestoviç vurğulayıb.