Rusiya Prezidenti Vladimir Putin İrana gedir və rəsmi Tehrandan müharibədə istifadə üçün pilotsuz təyyarələr istəyəcək.
7Times.az xəbər verir ki, bu barədə “FreeDom” məlumat yayıb.
Bildirilib ki, Kreml tələsik Putinin Tehrana səfərə hazırlaşdığını elan edib və Rusiya bu səfər çərçivəsində İran istehsalı olan bir neçə yüz PUA ala bilər.
“Sanksiyaya məruz qalan Putinin şəxsən sanksiyaya məruz qalan İrana pilotsuz təyyarələr istəmək üçün getməsi təəccüblü deyil”, – məlumatda deyilir.
Rəsmi Tehran yayılan məlumatları inkar edib və PUA-ları Rusiyaya vermək fikrində olmadıqlarını bildiriblər.
Follow @7timesaz