Rusiya prezidenti Vladimir Putin Krım körpüsünün təhlükəsizliyini təmin etməyi tapşırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Putin Krım körpüsü də daxil olmaqla, bütün vacib infrastruktur obyektlərinin təhlükəsizliyini təmin etməyi tapşırıb”, – deyə Rusiya Prezidentini mətbuat katibi “Global Defence Corp” nəşrinin Qərbin uzaqmənzilli raketlərinin Kerç boğazının keçidinə mümkün hücumları barədə yaydığı məlumatı şərh edərkən deyib.
Follow @7timesaz