Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşəcək.
APA-nın Rusiya bürosu xəbər verir ki, bi barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putin və Uitkoff Ukrayna nizamlanmasını müzakirə edəcəklər: “Bu, Rusiyanın mövqeyini Trampa çatdırmaq üçün yaxşı fürsətdir”.
Peskov qeyd edib ki, Putinlə Uitkoffun görüşündən hər hansı irəliləyiş gözləməyə dəyməz.
Kremlin sözçüsü vurğulayıb ki, bu, Rusiya Federasiyası və ABŞ-ın diplomatik işinin davamıdır.
Follow @7timesaz