Dünya

Putindən Cənubi Qafqazla bağlı ÇAĞIRIŞ: Lazım gələrsə…

Putindən Cənubi Qafqazla bağlı ÇAĞIRIŞ: Lazım gələrsə…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əfqanıstanda baş verən son hadisələrin Cənubi Qafqazdakı vəziyyətə təsir edə biləcəyini yaxşı bilirik”.

KAİM.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərləri ilə görüşündə deyib.

“Bu baxımdan, Əfqanıstan sərhədindəki vəziyyəti daim izləmək, silahlılara qarşı hazır olmaq, bunun üçün güc strukturlarının işini əlaqələndirmək və lazım gələrsə, birgə xüsusi əməliyyatlar keçirmək vacibdir”, – Rusiya lideri əlavə edib.

Putin vurğulayıb ki, MDB ölkələrinin kəşfiyyat xidmətlərinin vəzifələrindən biri Əfqanıstan ərazisindən potensial təhlükələri zərərsizləşdirməkdir:

Mərkəzi Asiya , Cənubi Qafqaz və digər regionlar üçün ortaya çıxan potensial təhdidlər bu ilin sentyabrında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitlərində ətraflı müzakirə olunub. Əlbəttə ki, biz bu mövzunu qarşıdakı MDB sammitində də nəzərdən keçirəcəyik”.

Xatırladaq ki, bu gün MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyəti ilə bağlı konfransı keçirilib. Onlayn tədbirə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyəti qatılıb.