Biz hər kəslə yaxşı münasibətdə olmaq istəyirik.
7times.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasına müraciətində deyib.
“Körpüləri yandırmaq istəmirik. Amma əgər bizim xoş niyyətimizi zəiflik kimi qəbul edib, körpüləri yandırmağa cəhd etsələr, cavabımız assimetrik, sürətli, sərt olacaq. Onlar peşman olacaqlar”, – deyə o bildirib.
O, Qərbin düşmənçilik aksiyalarının dayanmadığını söyləyib. Putin Qərbə xəbərdarlıq da edib:
“Ümid edirəm ki, heç kim bizə qarşı qırmızı xətti keçməyəcək. Bunun haradan keçəcəyini hər hadisədə biz özümüz müəyyən edəcəyik”. axar.az
Follow @7timesaz