Aktual

“PUTİNƏ FASİLƏ LAZIMDIR…” – “Rusiya ordusunun tükənməsindən istifadə edə bilərik”

“PUTİNƏ FASİLƏ LAZIMDIR…” – “Rusiya ordusunun tükənməsindən istifadə edə bilərik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya ordusuna yenidən hücuma keçmək üçün fasilə lazımdır. Çünki işğalçı ölkə bu gün hərbi əməliyyatları davam etdirə bilmir”.

“AzPolitika.info” xəbər verir ki, bunu tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov “TCN.ua”-ya açıqlamasında bildirib.

Hərbi ekspert hedab edir ki, Kreml təbliğatçılarının bütün dünyaya danışıqların vacibliyi ilə bağlı tezisləri bəyan etmələri təsadüfi deyil: “Rusiya üçün Ukrayna ilə danışıqlar müharibədə operativ fasilə imkanı əldə etmək üçün lazımdır və Putin buna hazırdır. Niyə? Çünki Rusiya ordusu tükənib, ehtiyatları yoxdur. Fasilə onun üçün lazımdır ki, yenidən qruplaşdırma həyata keçirilsin, ehtiyatlar toplansın və hücum bərpa edilsin. Bundan sonra onların hücumu bərpa edəcəklərinə heç bir şübhə yoxdur. Ancaq hətta daxil olan silahların çox olmamasına baxmayaraq, biz indi daha çox güc və imkanlara malikik. Ona görə də dayanmayaraq Rusiya ordusunun tükənməsindən öz xeyrimizə istifadə edə bilərik”.Qeyd edək ki, son zamanlar Putin özü və Lavrov başda olmaqla, Kremldən tez-tez Kiyevlə danışıqların başlanmasına hazır olduqlarına dair bəyanatlar səsləndirilir. Lakin Ukrayna tərəfi işğalçı ordu bu ölkənin suveren ərazilərini tərk etməyənə qədər hər hansı danışıqların və sülhün qəbuledilməz olduğunu bəyan edir.