Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstanın Samboteli şəhərindəki beynəlxalq “Savaria” turnirində ikinci oyununu keçirib.
7Times.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, millimiz Niderland yığması ilə qarşılaşıb. Görüş niderlandlı voleybolçuların 3:0 (25:14, 25:13, 25:16) hesablı qələbəsi ilə başa çatıb.
Voleybolçularımız ilk oyunda Macarıstan seçməsinə 2:3 hesabı ilə məğlub olub.
Yığmamız turnirdə sonuncu oyununu avqustun 7-də Çexiyaya qarşı olacaq.