Ölkə

“Qadını intihara sürükləyənə ömürlük həbs də azdır”-Xoşqədəm

“Qadını intihara sürükləyənə ömürlük həbs də azdır”-Xoşqədəmbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu aralar sosial şəbəkələrə çox az vaxt sərf edirəm. Dünən axşam bu xəbəri oxudum və sabaha qədər gözümə yuxu getmədi. Bir anlıq evdə döyülən, qayınana, ər, daha nə bilim kimlər tərəfindən işgəncələrə məruz qalan onlarla qadının mənə gizli müraciətlərini, onların göz yaşı ilə yazılmış dərdlərini xatırladım. Görəsən, onlardan neçəsi bu bəxtsiz bacımız kimi həyatını itirib? Yetmədimi bu qədər qadının, uşağın ölümü? Nədir qadınların günahı?”.

7Times.az  xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yazıb. O, son günlər çıxan ana, uşaq ölümü ilə bağlı xəbərlərə münasibət bildirib:

“Bir etiraf da edəcəyəm: bu təzyiq, işgəncə təkcə ailə daxilində deyil, cəmiyyətimizdə də qadına qarşı nifrət püskürən, qadını linç etməyə çalışan şərəfini itirmişlər var. Məncə, qadınlara qarşı bu iyrəncliklərə son qoyulmalıdır. Ən ağır cəzalar tətbiq edilməlidir. Qadını intihara, ölümə sürükləyən insanlara ömürlük həbs belə azdır”.Axşam.az