Ölkə

Qalağan kəndində növbəti səyyar qəbul keçirilib – FOTOLAR

Qalağan kəndində növbəti səyyar qəbul keçirilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon prokuroru Rəşad Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Qalağan kəndində növbəti dəfə səyyar qəbul keçirib.
Qəbulda Qalağan İnzibati Ərazi Dairəsinə daxil olan Hacılar, Sayad, Keymərəz, Ərəb və Məmmədxanlı kəndlərinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, qaz təchizatının bərpası, eləcədə bir neçə fərdi müraciət səsləndiriblər.
Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Bəzi müraciətlər yerindəcə həll edilib.
Ilqar