İdman

“Qalatasaray” 64 milyonluq futbolçunu transfer edir – “10 nömrəli bomba” / VİDEO

“Qalatasaray” 64 milyonluq futbolçunu transfer edir – “10 nömrəli bomba” / VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatasaray” “Çelsi”nin ulduz futbolçusu Kristian Pulişiçi transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, Türkiyə təmsilçisi futbolçunun meneceri ilə danışıqlara başlayıb. “Qalatasaray” menecerdən detalları ətraflı şəkildə müzakirə etmək üçün görüş tələb edib. Bildirilir ki, Pulişiç mövsümün sonunda “Çelsi”dən ayrılmaq istəyir.

Qeyd edək ki, Pulişiç 2019-cu ildə “Çelsi”yə 64 milyon qarşılığında transfer olub. Ardınca o bir mövsüm “Borusiyya Dortmund” klubunda icarə əsasında oynayıb.