İdman

“Qalatasaray” – “Fənərbağça” derbisinə azərbaycanlı hakimlər gedəsi olmadı

“Qalatasaray” – “Fənərbağça” derbisinə azərbaycanlı hakimlər gedəsi olmadıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatasaray” – “Fənərbağça” derbisinin hakimi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, futbol azarkeşlərinin böyük həvəslə gözlədiyi qarşılaşma Slavko Vinciçə tapşırılıb. Bu barədə “Sabah” nəşri məlumat yayıb.

O, Sloveniyanı təmsil edir. 2010-cu ildən FİFA referisi statusunu daşıyan S.Vinçiç Çempionlar Liqasının (2024-cü il) və Avropa Liqasının (2022-ci il) finallarını idarə edib. Bundan başqa, sloveniyalı 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının 36 baş hakimindən biri olub.

Göründüyü kimi, Türkiyə Futbol Federasiyasının rəhbərliyi derbidə tərəfləri razı salmaq üçün növbəti dəfə xaricdən hakimlər dəvət edib. Bu mövzu ətrafında müzakirələr aparılarkən, hətta azərbaycanlı FİFA referilərinin İstanbula yollana bilmək ehtimalı səsləndirilirdi.

Fevralın 24-də baş tutacaq “Qalatasaray” – “Fənərbaxça” matçının start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.