“Mançester Siti”də çıxış edən İlkay Gündoğan “Qalatasaray” rəsmiləri ilə görüşmək təklifini qəbul edib.
Offsideplus.az “SporX”-ə istinadən xəbər verir ki, sarı-qırmızılar ulduz futbolçuya 2 illik müqavilə təklif etməyi planlayır.
Okan Buruk İlkay Gündoğanla danışıb və futbolçuya komandanın kapitanı olmasını təklif edib.
Qeyd edək ki, bu mövsümə “Barselona”da başlayan İlkay Gündoğan daha sonra “Mançester Siti”yə qayıdıb və 27 matçda forma geyinib, 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
Follow @7timesaz