Ölkə

Qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq edib. 

7times.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 20-si gündüzdən 21-i gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında fevralın 20-si səhərdən 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.