İdman

“Qarabağ” “Aberdin”ə qarşı – Yenilənir

“Qarabağ” “Aberdin”ə qarşı – Yenilənirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

7Times.az xəbər verir ki, təmsilçilərimizdən “Qarabağ” səfərdə “Aberdin”lə qarşılaşacaq.

Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi Şotlandiyada bu üstünlüyünü qorumağa çalışacaq.

Qeyd edək ki, Qurban Qurbanovun komandası son 7 ildə ardıcıl olaraq hər mövsüm avrokubokların qrup mərhələsində çıxış edir. Bir dəfə Çempionlar Liqası, altı dəfə isə Avropa Liqasının qrupunda oynayan “Qarabağ” uğurlu seriyasını davam etdirə bilər.

26 avqust

Konfrans Liqası

Pley-off mərhələsinin cavab oyunu

22:45. “Aberdin” (Şotlandiya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim:
 Harald Lexner (Avstriya)
Aberdin. “Pittodri” stadionu
İlk oyun – 0:1