Avropa klublarının reytinqi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda Azərbaycanın iki təmsilçisi yer alıb.
Qitənin 170 komandası arasında “Qarabağ” və “Neftçi” də var. Aktivində 129 xal olan ağdamlılar ilk “100-lüy”ə düşməyi bacarıb. Qurban Qurbanovun yetirmələri Niderland təmsilçisi “Vitess”lə 69-cu yeri bölüşür.
Azərbaycan çempionu “Neftçi” isə 136-cı yerdə qərarlaşıb. Paytaxt klubu 81,5 xala malikdir.
Siyahıya 312 xalla “Çelsi” başçılıq edir. İngiltərənin digər təmsilçisi “Mançester Siti” ikinci sırada (261) qərarlaşır. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su 241 xalla Avropanın ən reytinqli 3-cü komandasıdır.
Qeyd edək ki, 301 komandanın yer aldığı dünya reytinqində “Qarabağ” 106-cı, “Neftçi” isə 237-ci yerdədir.
Follow @7timesaz