İdman

“Qarabağ” Avstriyaya getdi: 3 kluba qarşı

“Qarabağ” Avstriyaya getdi: 3 kluba qarşıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” klubu yeni mövsümə hazırlıqların ikinci mərhələsi üçün Avstriyaya yola düşüb.

7times.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” Avstriyada iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya), 11-də Rusiyanın “Arsenal” (Tula), 15-də isə Almaniyanın “Auqsburq” komandası ilə yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, “atlılar” Bakıdakı hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Keşlə”ni 7:0, “Sumqayıt”ı isə 3:1 hesabı ilə məğlub edib.