Ölkə

“Qarabağ” bu gün səfərə gedir

“Qarabağ” bu gün səfərə gedirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Atletik”lə (Bilbao) qarşılaşacaq “Qarabağ” bu gün İspaniyaya yollanacaq.

7Times.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, komanda saat 18:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səfərə yola düşəcək.

Ağdam təmsilçisi “Atletik” (Bilbao) önünə bir itki ilə çıxacaq. Hücumçu Musa Qurbanlı zədəlidir. Onun dizində ağrılar var və 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-si saat 20:45-də başlayacaq.