Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 175,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
“7Times.az” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.
Bildirilir ki, bu, 2025-ci ilin 7 ayı ilə müqayisədə 68,6 milyon ABŞ dolları və ya 28,1 % azdır.
7 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 % artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.
Follow @7timesaz


