“Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununu keçirib.
7times.az xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin 3-cü turunda Qazaxıstan “Kayrat”ını qəbul edib.
Qonaqlar 19-cu dəqiqədə penaltidən vurduqları qolla hesabda önə keçiblər. “Qarabağ” ikinci hissədə dönüş yarada bilib. Əvvəlcə 79-cu dəqiqədə Ramil Şeydayev hesabı bərabərləşdirib. 90 dəqiqəyə əlavə edilmiş birinci dəqiqədə isə Abbas Hüseynov qələbə qolunu vurub.
Beləliklə 3 oyundan sonra yeddi xal toplayan Qurban Qurbanovun komandası qrup liderliyini davam etdirib.
Qrupun digər oyununda “Omoniya” “Bazel”in qonağı olacaq.
Qeyd edək ki, “Qarabağ” 4-cü turda da “Kayrat”la qarşılaşacaq. Görüş noyabrın 4-də Qazaxıstanda olacaq.
Follow @7timesaz