UEFA Konfrans Liqasında Kiprin AEL klubu ilə qarşılaşacaq “Qarabağ” növbəti transferini həyata keçirib. Busaat.az xəbər verir ki, Ağdam təmsilçisi ispan futbolçu Qasper Panadero Zamoranı heyətinə qatıb.
23 yaşlı futbolçu ilə müqavilə imzalanacaq. Məlumatı saytımıza açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə də təsdiq edib.
O bildirib ki, Zamora artıq Azərbaycandadır.
Qeyd edək ki, Qasper Panadero Zamora “Kadiz” klubuna məxsus olsa da, son mövsümü Sequnda təmsilçisi “Ponferradina”da keçirib. O, vaxtilə İspaniyanın ən istedadlı futbolçularından olub. Zamora 7 aylıq zədədən sonra karyerasında eniş yaşayıb. 23 yaşlı vinger İspaniyanın U-18, U-19 yığmalarından çıxış edib.