Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.
7times.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Qurban Qurbanovun yetirmələri V turun matçına çıxıb.
Ağdam təmsilçisi Fransada “Nant”ın qonağı olub. Şahruddin Məhəmmədəliyevin kobud səhvindən hesabı açan “bülbüllər” üstünlüyünü fasiləyədək qoruyub.
“Köhlən atlar” ikinci yarıda bərabərlik qoluna imza atıb. Filip Ozobiç penaltidən dəqiq istifadə edib – 1:1. Amma meydan sahibləri uzatma dəqiqələrində qələbə qolunu vurmağa müvəffəq olub – 2:1. Bununla da ikinci yerin taleyi sonuncu tura qalıb.
Qeyd edək ki, sonuncu turun görüşləri noyabrın 3-də təşkil olunacaq. “Qarabağ” “Frayburq”u, “Olimpiakos” “Nant”ı qəbul edəcək.
Follow @7timesaz