Ölkə

“Qarabağ”ın heyətində ən böyük təhlükə İbrahima Vadjidir“ – Çexiya mətbuatı

“Qarabağ”ın heyətində ən böyük təhlükə İbrahima Vadjidir“ – Çexiya mətbuatıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyanın ruik.cz saytı “Viktoriya”nın Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyunu öncəsi Ağdam təmsilçisi haqda yazıb. 

7Times.az  xəbər verir ki, yazıda Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın daha əvvəl 1 dəfə Çempionlar Liqasının qrupunda oynadığı xatırladılıb: “Qarabağ” bir dəfə Çempionlar Liqasında çıxış edib. 2017/18 mövsümündə komanda “Roma”, “Çelsi” və “Atletiko” ilə birlikdə ölüm qrupuna düşüb. Məhz Madrid təmsilçisi ilə “Qarabağ” iki dəfə heç-heçəyə nail olsa da, digər görüşlərdə məğlub olub.

Cari mövsümdə “Viktoriya” HJK (Helsinki) və “Şerif”i (Tiraspol)  keçdi, “Qarabağ” isə “Lex”, “Sürix” və “Ferentsvaroş”u mübarizədən kənarlaşdırdı.

“Viktoriya” ilə “Qarabağ” arasında ilk dueldə qol görmədik, ancaq daha yaxşı komanda “Qarabağ” idi. İlk oyunda rəqibin qol vurmamasının qarşısını sözün əsl mənasında sehr edən əla qapıçı Jindriç Stanek aldı.

Həftəsonu liqa matçında hər iki komanda oynamayıb və gücünü qoruyub. Məhz bu amil əsas rol oynaya bilər, çünki oyunda əlavə vaxt da mümkündür.

“Qarabağ”ın heyətində ən böyük təhlükə ilk dueldə də qol epizodları yaradan İbrahima Vadjidir. O, ilkin mərhələlərdə dörd dəfə fərqlənib, ötən mövsüm 15 qol vurub. Plzen təmsilçisi isə səfərdən çox ümidverici nəticə ilə qayıtdı. Bundan əlavə, “Viktoriya” evdə kifayət qədər güclüdür, ilkin turlarda “Duşan Arena”da keçirilən hər iki görüşdə 7:1 hesabı ilə qalib gəlib”./Qol.az