Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
7Times.az qol.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da bu mərhələdəki rəqibi bəlli olub.
Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının 1/16 finalına yüksələn “Qarabağ” Portuqaliyanın “Braqa” klubuna rəqib olub.
Qeyd edək ki, pley-offun ilk matçları 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar 1/8 finala vəsiqəni təmin edən Avroliqanın qrup birinciləri ilə qarşılaşacaqlar. “Qarabağ” da daxil olmaqla səpələnmişlər səbətində yer alan bütün 8 komanda ilk oyunlarını səfərdə keçirəcəklər.
Follow @7timesaz