İdman

“Qarabağ” nə üçün Keytanın “Konyaspor”a pulsuz getməsinə razı oldu? – DETALLAR

“Qarabağ” nə üçün Keytanın “Konyaspor”a pulsuz getməsinə razı oldu? – DETALLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hamidu Keytanın “Konyaspor”a keçidi rəsmiləşdi.

Fransalı Super Liqa klubu ilə 2 illik müqavilə imzaladı.

Təbii ki, bu keçid “Qarabağ”ın razılığı əsasında baş tutdu. “Köhlən atlar” vingerlə qarşılıqlı razılıq əsasında yolları ayırdı. Əslində Ağdam təmsilçisi “Konyaspor”a sataraq pul qazana bilərdi. Bəs, ağdamlılar nə üçün bunu etmədi?

Məsələ ilə bağlı Offsideplus.az-a maraqlı informasiya daxil olub. Bilirsiniz ki, Qurban Qurbanov Keytanı Avropa Liqasının Liqa mərhələsinin iştirak ərizəsində daxil etməmişdi. Vinger bundan sonra özünə klub axtarmağa başladı. Oyunçu menecerlər vasitəsi ilə Türkiyədən, Fransadan bir neçə kluba təklif olunub. Lakin “müştərilər” Keytanın “Qarabağ”la müqaviləsini əsas göstərərək transferdən imtina edirdilər.

Daha sonra “Konyaspor” rəhbərliyi Keytaya maraqlı təklif edib: “Azad agent ol, gəl!”

Bunu dəyərləndirən fransalı “Qarabağ”la müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Əslində, Keytanın gedişi ağdamlılara maddi olaraq sərf edib. Futbolçunun “köhlən atlar”la 2026-ci ilin iyununa kimi müqaviləsi var idi. Fransalı “Qarabağ”dan 35 min dollara yaxın məvacib alırdı. Müqaviləni ləğv etməklə ağdamlılar təxminən 700 min dollar xərcdən qurtulmuş olub. Təbii ki, “Konyaspor”a keçid Keytaya da sərf edib. Fransalı Super Liqa klubunda aylıq 40 dollar gəlir əldə edəcək.