Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.
7times.az xəbər verir ki, turun açılış matçında “Zirə” “Keşlə”ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0.
Turun mərkəzi matçında isə lider “Qarabağ” doğma meydanda son çempion “Neftçi” ilə qarşılaşıb.
İlk hissədə 23-cu dəqiqəyə qədər “Neftçi”nin qapısına 3 dəfə yol tapan Ağdam klubu matçın taleyin həll edib. İkinci hissəyə əlavə edilmiş 2-ci dəqiqədə isə Veşoviç oyunun hesabını təyin edən qolu vurub – 4:0.
Bununla da xallarının sayını 20-yə yüksəldən Ağdam klubu vahid lider olub.
30 oktyabr
18:30. “Qarabağ” – “Neftçi” – 4:0
Qollar: Ozobiç, 11, Zubir, 15, Ozobiç, 23-pen.Veşoviç, 90+2
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli.
Bakı. “Azərsun Arena”
16:00. “Zirə” – “Keşlə” – 2:0
Qol: Loris Broqno, 17, Ağabala Ramazanov, 42
Qırmızı vərəqə: Tural Axundov, 90+4 (“Keşlə”)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu.
Zirə İdman Kompleksinin stadionu
Follow @7timesaz