İdman

“Qarabağ” “Sabah”ı məğlub etdi

“Qarabağ” “Sabah”ı məğlub etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

7times.az-ın məlumatına görə, “Azersun Arena”da “Qarabağ” “Sabah”ı qəbul edib. FIFA referisi Rəhim Həsənovun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0. Qolları 45-ci və 68-ci dəqiqələrdə Mahir Emreli vurub.

Turun əvvəlki oyunlarında “Keşlə” səfərdə “Sumqayıt”ı 1:0, “Neftçi” evdə “Səbail”i 2:1 hesabı ilə yenib. Bu nəticələrdən sonra “Qarabağ” daha yaxşı top fərqi ilə liderliyə yüksəlib.

Qeyd edək ki, tura avqustun 23-də “Qəbələ” – “Zirə” matçı ilə yekun vurulacaq. Report