Bakının Qaradağ rayonunda 20 yaşlı gənc yol qəzasında xəsarət alıb.
7Times.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Balayev Səbuhi Bəhman oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz